BABUR POEZİYASINDA SEVGİ QASİDİ SƏBA

Авторы

  • Şəhla Məcidova

Ключевые слова:

qasid, qızılgül, pəri, munis, məktub, həyat, xəyal.

Аннотация

Əlişir Nəvaidən sonra cığatayca mükəmməl əsərlər yazıb-yaratmış Baburun dövrümüzə qədər epik və lirik əsərləri gəlib çatmışdır. Babur ədəbiyyat tarixində daha çox “Baburnamə” əsəri ilə məşhur olsa da, onun lirikası da öz bədii xüsusiyyətləri ilə hər zaman diqqət mərkəzində olmuşdur. İnsan hisslərini, düşüncələrini olduğundan daha güclü və gözəl təsvir etmək, onlara sözün ecazı ilə min-min rəng vurub bir-birindən gözəl əsərlər yaratmaqla Babur təkcə qüdrətli hökmdar deyil, eləcə də zərif duyğulara, kövrək hisslərə malik şair olduğunu da sübut etmişdir. Bu gözəlliyin, zərifliyin ifadəsində şairin fitri istedadı mühüm rol oynayır, çünki bu zaman insan hissləri, yaşantıları cansız təbiət əşyaları ilə, mücərrəd məfhumlarla müqayisə edilir. Bu müqayisələrdə ədibin fitri istedadı hər hansı fikri obrazlı şəkildə söyləməklə özünü aydın büruzə verir. Sözün poetik qüdrəti və rənglərin əsrarəngiz dünyasının ifadəsi olan bu əsərlər bədii ifadə tərzinə görə diqqəti daha çox cəlb etmiş, zamanın fövqündə dayanmış və dayanmaqdadır.
Babur yaradıcılığındda maraq kəsb edən və ddiqqətəlayiq poetik fiqurlardan biri də Səbadır (səhər yeli, səhər mehi, külək). Səba klassik Şərq-müsəlman ədəbiyyatında qasid simvolu olmuş və əsərlərin məzmununa bədiilik baxımından xüsusi çalar əlavə etmişdir. Babur da bu poetik obrazdan istifadə etmiş və Səbanın müqəddəs missiyasını yüksək bədiiliklə vəsf etmişdir.
Xüsusən məsnəvilərində məhz Səba vasitəsilə sevgisini, sevgi məktublarını Məşuqəyə göndərən şair hər zaman Səbanı bir qasid deyil, özünün ən yaxın dostu, həmdəmi hesab edir. Babur da Səbaya hamıddan gizlədiyi sirrini – sevgisini etibar edir:
К розе моей быстро слетай, о ветерок,
Весть обо мне ей передай, о ветерок!
В светлый покой ханши моей тихо впорхни,
Ей поклонясь, речь на меня ты поверни.
Скажешь ей так: “Мне показав ясный свой лик
Сердце мое как ты легко вырвала вмиг!”
Babur Səbaya ürək sözlərini yanıqlı bir dillə daşqəlbli sevgilisinə çatdırmağı, ondan bu sevdasının dərmanı olmağı söyləyir:
О ветерок, ты не рысцой — вскачь устремись
К улице, где стройный стоит мой кипарис!
Вихрем рванись, взвейся в полет свой вихревой
И закружись над дорогой мне головой.
И опустись, и преклонись раньше пред ней,
И доложи так обо мне ханше моей:
“Я заболел, я изможден, словно Меджнун,
Разумом стал я поврежден, словно Меджнун”

Загрузки

Опубликован

2023-09-24