Vol. 1 No. 1 (2026): COMPUTER LINGUISTICS: PROBLEMS, SOLUTIONS, PROSPECTS
Articles

I TÜRKOLOJİ QURULTAYIN TÜRK XALQLARININ İNKİŞAFI VƏ ELMİ-MƏDƏNİ İNTEQRASİYASINDA ROLU

Published 2026-06-01

Keywords

  • I Türkoloji qurultay, türk xalqları, mədəni inkişaf, maarif, ortaq türk əlifbası, ortaq ünsiyyət dili, ortaq türk dili.

Abstract

Məqalədə XX əsrdə Bakıda keçirilən, türk xalqlarının mədəni həyatında dərin izlər buraxan I Türkoloji qurultaydan bəhs edilir. Qurultayın çağırılması məsələsi ilk dəfə 1924-cü ildə Ümumittifaq Elmi Şərqşünaslıq Assosiasiyası - «Всесоюзная Научная Ассосациация Востоковедения» tərəfindən qaldırılır. 100 il keçməsinə baxmayaraq  türk xalqlarının həyatında silinməz izlər buraxan I Türkoloji qurultayın bütün ağrısı  və acısı ilə, dəhşətli represiyalar maşınından keçməsinə rəğmən müasir dövrümüzdə də türk dünyası üçün aktual, mədəni, tarixi hadisə kimi qeyd edilir. I Türkoloji qurultay türkologiya elminin tarixində yeni bir era, yeni bir başlanğıc, böyük dirçəliş, milli oyanış hadisəsi idi. Dünyanın bir çox ölkələrinin tanınmış türkoloqları bu qurultayda türk xalqlarının tarixi, dili, ədəbiyyatı, mədəniyyəti, əlifbası ilə bağlı bu gün də aktual hesab olunan məsələlərlə bağlı elmi məruzələr etmişlər. Qurultayda müzakirə olunan türk dillərinin əlifbası, orfoqrafiya və terminologiyası, yeni əlifbaya keçidin müəyyən olunması qurultayın başlıca məqsədlərindən idi. Bu məsələlər qurultaya böyük coşqu ilə qatılan türk xalqları nümayəndələrinin milli düşüncəsinin, milli varlığının, problemlərinin  harayı idi. Qurultayın keçirilməsi olduqca mürəkkəb bir dövrə təsadüf edirdi. Şərq xalqları arasında mədəni quruculuq işlərinin həyata keçirilməsi üçün onların öz dillərində, daha tez mənimsənilə bilən əlifbaya ehtiyac vardı. Bu əlifba həm də türk xalqlarını birləşdirmək gücünə malik ortaq türk əlifbası rolunu oynamış olurdu. Müasir dövrümüzdə tam bir əsr keçməsinə baxmayaraq bütün türk xalqlarının latın qrafikalı əlifbaya keçməsi hələ də axıra kimi həll olunmamışdır, baxmayaraq artıq ümumi ortaq türk əlifbası qəbul olunmuşdur. Müasir türk dünyasının aktual məsələlərindən biri də ortaq türk dili məsələsidir.