Vol. 1 No. 1 (2026): COMPUTER LINGUISTICS: PROBLEMS, SOLUTIONS, PROSPECTS
Articles

Sultan Vələdin həyat yolu, ədəbi irsi və sufi dünyagörüşü

Published 2026-06-01

Keywords

  • Sultan Vələd, sufizm, şair, ədəbiyyat, Cəlaləddin Rumi

Abstract

Sultan Vələd XIII əsrin ən əhəmiyyətli sufizm nümayəndəsi, şair və din xadimlərindən biridir. O, Mövlana Cəlaləddin Ruminin əziz oğlu, həm də Mövləvi sufizminin formalaşmasında əsas rol oynamış şəxsiyyət kimi tanınır. Sultan Vələd 1226-cı ildə Türkiyənin Larəndə (indiki Qaraman) şəhərində anadan olmuşdur. O, çox gənc yaşlarından atasının da yaxın olduğu böyük sufi ustadlarla əlaqədə olmuşdur. Bu dövr onun dini düşüncə və sufi yolunu formalaşdırmaqda mühüm rol oynamışdır. Mövlana Cəlaləddin Rumi 1273-cü ildə vəfat etdikdən sonra onun sufizm çevrəsi böyüməyə davam etmişdir. İlk olaraq, Ruminin ən yaxın müridlərindən biri Hüsaməddin Çələbi bu irsin lideri seçilsə də, 1284-cü ildə o vəfat etdikdən sonra Sultan Vələd bu vəzifəni qəbul etmişdir. Sultan Vələd həm də məhsuldar bir ədəbi şəxsiyyət idi. Onun yazdığı əsərlər sufizm nəzəriyyəsi, şeir və təsəvvüf ədəbiyyatının inkişafında böyük rol oynamışdır. Klassik türk ədəbiyyatında Cəlaləddin Rumi ənənəsinin ilk davamçılarından biri kimi tanınan Sultan Vələd bir divan, üç məsnəvi və “Maarif” adlı mənzum olmayan əsərin müəllifi kimi məşhurdur. O, əsərlərini ərəb, fars, türk və yunan dillərində qələmə almışdır. Lakin yaradıcılığında farsdilli nümunələr say baxımından üstünlük təşkil edir. Tədqiqatçıların hesablamalarına görə, Sultan Vələdin türkcə 14 qəzəli, 238 beyti, ərəbcə 8 mənzuməsi, 3 rübaisi, 220 beyti, yunan dilində isə 66 beyti mövcuddur. Sultan Vələd “Vələdnamə”, “Rübabnamə” və “İntihanamə” kimi əsərlərində irfani düşüncələrini oxucularla bölüşmüşdür. Şair 1312-ci ildə Konyada vəfat etmişdir.