Аннотация
Türk təsəvvüf ədəbiyyatının görkəmli simalarından biri Xoca Əhməd Yəsəvi olmuşdur. Xoca Əhməd Yəsəvi İran sufiləri tərəfindən Pir-i-Türküstan deyə tanınmışdır. Türk ellərində tarixi və ədəbi simasından çox övliya şair kimi bilinmişdir. Əhməd Yəsəvi Türküstanın Seyram şəhərində İbrahim adlı şeyxin ailəsində dünyaya gəlmişdir. Atası şeyx İbrahimin Həzrət Əli nəslindən olduğu düşünülür. Yeddi yaşında atasından, az zaman sonra anasından yetim qalmışdır. Bundan sonra Şeyx Arslan Baba Hicazdan gələrək ona mənəvi atalıq etmişdir. Bir gün Məhəmməd Peyğəmbərin səhabəsi ac qalmış, Peyğəmbərdən yemək istəmişdir. Peyğəmbər dua etmiş və Cəbrail onlara cənnətdən xurma gətirmişdir. Xurmalar yiyilərkən bir dənəsi yere düşmüş, Cəbrail də “Bu xurma sizin Türküstan ümmətinizdən Əhməd Yəsəvinin qismətidir” demişdir. Məhəmməd Peyğəmbər Arslan Babanı çağırıb xurmanı ona verərək demişdir ki, Məndən sonra Əhməd adlı bir uşaq doğulacaq, onu tap və bu xurmanı ona ver. Arslan baba Məhəmməd Peyğəmbərin duası ilə əsirlərcə yaşamış, bütün dünyanı gəzib Əhmədi tapmışdı. Arslan Baba Əhmədə salam verincə Əhməd “Baba əmanətiniz hanı?” deyə soruşdu. Arslan Baba təəccübləndi “sən hardan bilirsən” deyə heyrətlə soruşdu. Əhməd Allah mənə bildirdi dedi. Beləliklə, axtardığını tapan Arslan baba uzun müddət Yəsəvinin mürşidi oldu. Yenə çocuk yaşlarında Yəsəvi adında bir türk hökmdarı ilə tanış olur. Hökümdar Qracıq dağında ov edərkən dağın girintili çıxıntılı olması səbəbindən ov edə bilmir və dağı ortadan götürmək istəyir. Dövrün heç bir övliyası müxtəlif dualarla bacarmadığı bu işi Əhməd bacardı. Onun bu kəramətini görən hökmdar Əhməddən ikinci xahişi bu olur ki, adının cahanda qalmasını istəyir. Əhməd dedi ki, hər kim bizi sevərsə sənin adınla birlikdə ansın. Bu səbəbdən o gündən sonra Əhmədi Xoca Əhməd Yəsəvi deyə andılar.