Том 1 № 1 (2026): КОМПЬЮТЕРНАЯ ЛИНГВИСТИКА: ПРОБЛЕМЫ, РЕШЕНИЯ, ПЕРСПЕКТИВЫ
Статьи

MULTIKULTURALIZM VƏ TÜRK XALQLARI

Опубликован 2026-06-01

Ключевые слова

  • multikulturalizm, türk xalqları, ənənə, dəyər, sülh.

Аннотация

Multikulturalizm müxtəlif etnik, dini və mədəni qrupların bir cəmiyyət daxilində qarşılıqlı hörmət, tolerantlıq və bərabərlik prinsipləri əsasında birgə yaşamasını ifadə edən mühüm ictimai-siyasi və mədəni anlayışdır. Müasir dövrdə bu anlayış qloballaşma prosesləri fonunda daha da аktuallaşmış, dövlətlərin daxili siyasətində və beynəlxalq münasibətlərdə mühüm yer tutmağa başlamışdır. Lakin multikulturalizm yalnız müasir dövrün məhsulu deyil; o, bir çox xalqların tarixi inkişafında təbii şəkildə formalaşmışdır. Bu baxımdan türk xalqları multikultural dəyərlərin tarixi daşıyıcısı və praktik tətbiqçisi kimi xüsusi əhəmiyyətə malikdir.

Türk xalqları geniş coğrafiyada – Orta Asiyadan Anadoluya, Qafqazdan Sibiryaya qədər yayılmışdır. Bu geniş ərazi müxtəlif mədəniyyətlərin və sivilizasiyaların kəsişmə nöqtəsi olmuşdur. Tarixi İpək yolu üzərində yerləşən türk dövlətləri fərqli xalqlarla iqtisadi, mədəni və sosial əlaqələr quraraq multikultural mühitin inkişafına töhfə vermişdir.

Türk xalqlarının ən mühüm xüsusiyyətlərindən biri tolerantlıq və qonaqpərvərlik ənənəsidir. Tarixi mənbələr göstərir ki, türk dövlətlərində müxtəlif dinlərin nümayəndələri sərbəst şəkildə öz inanclarını yaşada bilmişlər. Məsələn, Qızıl Orda dövləti və Osmanlı imperiyası dövründə fərqli din və millətlər bir arada sülh şəraitində yaşamışdır. Bu da multikulturalizmin praktik nümunəsi kimi qiymətləndirilə bilər. Orta əsrlərdə türk-islam dövlətlərində multikultural ənənələr daha da inkişaf etmişdir. Səlcuqlar və xüsusilə Osmanlı imperiyası dövründə müxtəlif dinlərin nümayəndələri – müsəlmanlar, xristianlar və yəhudilər bir arada yaşamışdır. Osmanlı dövlətində tətbiq edilən “millet sistemi” hər dini icmaya müəyyən hüquq və azadlıqlar verirdi. Bu sistem icmaların öz dini, hüquqi və mədəni məsələlərini daxili şəkildə idarə etməsinə imkan yaradırdı. Bu baxımdan Osmanlı modeli multikultural idarəetmənin klassik nümunələrindən biri hesab olunur.